Xəbər lenti

Qar 3 gündür əsgərlikdən gələn gəncin ölümünə səbəb oldu
Ölkə18:27 02.02.2014

Qar 3 gündür əsgərlikdən gələn gəncin ölümünə səbəb oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaynar.info anspress-ə istinadən xəbər verir ki, səhər saat 10 radələrində 9-cu mikrarayon Həmzə Babaşov küçəsində 19-20 yaşlarında bir gənc dünyasını dəyişib. 

Gəncin yol gedərkən yıxılaraq öldüyü bildirilir. 

Təcili və Təxirə Salınmaz Tibbi Yardım Xidmətindən aldığımız ilkin məlumatda, gəncin buzlu yolda gedərkən yıxılaraq başından aldığı zədədən dünyasını dəyişdiyi bildirilir.

Hadisə şahidləri adını bilmədikləri gəncin Həmzə Babaşov küçəsində 6 saylı binada yaşayan bibisi Bahar adlı qadının evində qonaq olduğu deyirlər. Onların sözlərinə görə, gənc 3 gün əvvəl əsgərlikdən gəlib və yaxın ərazidə yerləşən şadlıq evlərinin birinə işə düzəlməyə gedirmiş.

Qaynar.info