Xəbər lenti

Qar yağacaq, temperatur 5 dərəcə enəcək (XƏBƏRDARLIQ)
Ölkə09:21 30.10.2018

Qar yağacaq, temperatur 5 dərəcə enəcək (XƏBƏRDARLIQ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazirlik hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında gündüz şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.  
Azərbaycanın rayonlarında isə oktyabrın 31-i gündüz şimal rayonlarından başlayaraq noyabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.