
"Qlobal miqyasda istehsalın enerji tutumu azalır. Güman ki, burda həm alternativ enerjinin payının hələlik zəif templə də olsa artımının, həm də enerji qənaətinə imkan verən texnologiyalardan istifadənin rolu var".
Qaynarinfo.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.
Rövşən Ağayevin bidirib ki, son 30 ildə dünya iqtisadiyatı üzrə ÜDM istehsalı ilə neftə tələbat arasında əlaqə də bunu göstərir:
"1987-1997-ci illərdə neftə gündəlik tələbat təxminən 10 milyon barrel artaraq 63.5 milyondan 73.6 milyon barrelə çatıb. Həmin dövrdə dünya üzrə real ÜDM 14 trilyon dollar genişlənib.1997-2007-ci illərdə neftə gündəlik tələbat təxminən 13 milyon barrel artaraq 73.6 milyondan 86.8 milyon barrelə çatıb. Həmin dövrdə dünya üzrə real ÜDM 26 trilyon dollar genişlənib".
Ekspertin sözlərinə görə, 2007-2016-cı illərdə neftə gündəlik tələbat təxminən 7.4 milyon barrel artaraq 86.8 milyondan 94.2 milyon barrelə çatıb. "Bu son 3 onilliyin ən aşağı göstəricisidir (OPEC-in 2017-ci il üçün proqnozu nəzərə alınsa, son 10 illik üzrə maksimum 8.5 milyon barrel artım olacaq). Bu müddətdə dünya üzrə real ÜDM 21 trilyon dollar genişlənib (2016-cı il üzrə qlobal ÜDM-in proqnozu nəzərə alınmaqla). Əgər bu trend davam edərsə, müxtəlif mərkəzlərin yaxın 10 illiklərdə neftə tələbatın sabitləşəcəyi, ardınca azalmanın başlayacağı ilə bağlı proqnozları real görünür"...
Qaynarinfo.Az