Xəbər lenti

“Qarabağ” – “Ayntraxt” matçının hakimi müəyyənləşdi
İdman08:30 19.08.2013

“Qarabağ” – “Ayntraxt” matçının hakimi müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” (Almaniya) matçının baş hakimi müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, ağdamlıların Frankfurt təmsilçisi ilə ilk matçı polşalı Şimon Marçinyaka tapşırılıb.

 32 yaşlı FİFA referisi avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada fit çalacaq. Ona kömək edəcək həmyerlilərinin adı hələ dəqiqləşməyib.

 Marçinyak ötən il sentyabrın 11-də millimizin Portuqaliya ilə DÇ-2014-ün seçmə mərhələsindəki qarşılaşmanın da hakimi olub. Həmin matçda yığmamız 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu saat 21:00-da başlayacaq.

Qaynar.info