
Yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” komandası Danilo Dias və Tərlan Quliyevin ardından daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Qaynar.info-nun məlumatına görə, ötən mövsümü AZAL-da keçirmiş Cavid Tağıyev ilə üçillik müqavilə imzalanıb.
İyirmi iki yaşlı yarımmüdafiəçi yeni komandasında 77 nömrəli formada çıxış edəcək.
Qaynar.info