Xəbər lenti

“Qarabağ” “İnter”ə, “Neftçi” “Bakı”ya qarşı
İdman06:55 16.08.2014

“Qarabağ” “İnter”ə, “Neftçi” “Bakı”ya qarşı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan Premyer Liqasında II turun oyunlarına start veriləcək.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma baş tutacaq.

Turun mərkəzi oyunu Bakıxanov qəsəbə stadionunda keçiriləcək.

Burada son ölkə çempionu “Qarabağ” “İnter”i qəbul edəcək.

Digər oyunda “Bakı” səfərdə “Neftçi”nin qonağı olacaq.

Günün son qarşılaşması Lənkəranda keçiriləcək. Yerli “Xəzər Lənkəran” “Sumqayıt”ı  qəbul  edəcək.

Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.

16 avqust (şənbə)

Azərbaycan Premyer Liqası, II tur

18:00.“Qarabağ” – “İnter”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
 Bakıxanov qəsəbə stadionu

19:00.“Neftçi” – “Bakı”
Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Nahid Əliyev, İnqilab Məmmədov
8-ci km qəsəbə stadionu.

20:00.“Xəzər Lənkəran” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Nail Nağıyev
“Xəzər Lənkəran” mərkəzi stadionu.

17 avqust (bazar)

20:00.“Qəbələ” – “Araz Naxçıvan”
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Xəlil Hüseynli
 Qəbələ şəhər stadionu.

19:00.“Simurq” – AZAL
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
Zaqatala şəhər stadionu.

Qaynar.info