"Qarabağ" bir legioneri ilə yollarını ayırıb.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Əl Jadeyui Əl Hərbinin müqaviləsi qarşılıqla anlaşma şəraitində pozulub. "Qarabağ" ona xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, ötən ildən "Qarabağ"da çıxış edən Əl Jadeyui Əl Hərbi əsas komandada cəmi 22 oyun keçirib və 1 qol vurub. Fransada doğulan Mərakeş əsilli futbolçu ölkəmizə "Lans"dan gəlmişdi.
Qaynarinfo.Az