
Qol.Az-ın məlumatına görə, 6-cı turun ikinci oyun günündə daha bir qarşılaşma keçirilib.
Premyer Liqanın liderlər sırasında qərarlaşan "Qarabağ" səfərdə "Rəvan"ın qonağı olub. Ötən turda AZAL-a uduzan Ağdam təmsilçisi gözlənilmədən bu dəfə də xal itirib. Özü də Qurban Qurbanovun komandası məğlubiyyətdən oyunun son dəqiqələrində vurulan qol sayəsində xilas ola bilib.
Bununla belə, bu heç-heçə sayəsində "Qarabağ" "Neftçi" ilə bərabər turnir cədvəlində liderlik edir.
13 sentyabr (cümə)
Premyer Liqa, VI tur
18:00. “Rəvan” – “Qarabağ” - 1:1
Qollar: Sebastian Kastro, 20 (1:0), Corc Lorey, 88 (1:1)
Hakimlər: Səbayel Qurbanova, Azər Əsgərov, Mübariz Haşımov, Ömər Paşayev
"Bayıl Arena" stadionu.
Qaynar.info