Xəbər lenti

“Qarabağ” qalib gəldi (VİDEO)
İdman17:44 25.02.2018

“Qarabağ” qalib gəldi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, turun son oyununda "Qarabağ” və "Kəpəz” komandaları üz-üzə gəlib.
"Azərsun Arena”da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 85-ci dəqiqədə millimizin braziliyalı legioneri Rişard Almeyda vurub.
Bununla da "Kəpəz” Yunis Hüseynovun baş məşqçi olduğu dövrdə növbəti məğlubiyyətlə üzləşib və 7 xalla sonuncu pillədə qalıb.
Xallarını 44-ə çatdıran "Qarabağ” isə ən yaxın izləyicisi "Qəbələ” ilə xal fərqini 9-a çatdırıb və çempionluq şanslarını daha da yüksəldib.