Xəbər lenti

Qarabağ qazisi Cəlilabadda coşqu ilə qarşılandı
Ölkə18:51 20.11.2020

Qarabağ qazisi Cəlilabadda coşqu ilə qarşılandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabad rayonunda Vətən müharibəsinin qaziləri böyük coşqu, sevinc hissi ilə qarşılanır.
"Report"un Muğan bürosunun məlumatına görə, onlardan biri də rayonun Uzuntəpə kənd sakini Mehdi Habil oğlu Əliyevdir.
O, Vətən müharibəsində ağır şəkildə yararlanıb. Bir neçə müddət xəstəxanada müalicə olunub. Bu gün öz evinə qayıdıb və müalicəsini ev şəraitində davam etdirir.
M.Əliyevi yaxınları və rayon sakinləri böyük coşqu ilə qarşılayıblar.