Oruc Məmmədovun Hüquqlarının Müdafiə Komitəsinin sədri Ruslan İzzətlinin verdiyi məlumata görə həbsxanada Qarabağ qazisi Oruc Məmmədova təzyiqlər var.
"Qafqazinfo" xəbər verir ki, onun sözlərinə görə, Oruc Məmmədova təzyiq məqsədilə o “kars”a salınıb: “Torpaqları işğal olunmuş bir məmləkətdə, Qarbağ qazisinə olan anti-insanı bir münasibət yolverilməzdir. Biz tələb edirik ki, bu qanunsuzluğa dərhal son qoyulsun. Oruc Məmmədov bu gün heç bir əsası olmadan həbsxanada saxlanılır.”
Oruc Məmmədov 2011-ci ildə 178, 320 maddələrlə itiham edilərək, həbs olunub.