
Dünən gecə vəfat edən Qarabaq qazisi Zaur Həsənovun cənazəsi artıq Lökbatan qəsəbəsində yerləşən evindən qaldırılıb və dəfn olunmaq üçün Bibiheybət qəbiristanlığına aparılır.
***
12.42
Uğradığı haqsızlığa etiraz olaraq dekabrın 25-də özünü yandıran və ötən axşam xəstəxanada dünyasını dəyişən Qarabağ qazisi Zaur Həsənovla vida mərasimi keçirilir. Musavat.com-un müxbirinin məlumatına görə, yas mərasiminə ölkənin hər yerindən axın edirlər.
Yas mərasimində Qarabağ qazıləri ilə yanaşı mərhumun yaxınları, rayon ictimaiyyəti və jurnalistlər iştirak edirlər. Mərhumun yaxınlarının musavat.com-un müxbirinə verdikləri məlumata görə, Zaur Həsənovun iki qardaşı həbsdə olduğu üçün onların yasda iştirakı ilə bağlı Penitensinar Xidmətinin rəisi Mədət Quliyevə müraciət edəcəklər.
Mərhum Zaur Həsənov bugün saat 14-də Bibiheybət məzarlığında torpağa tapşırılacaq.
Müxbirimiz Qarabağ qazisi Zaur Həsənovun tabutunun fotosunu da görüntüləyib. Allah rəhmət etsin.
Qaynar.info








