Bir müddət əvvəl Türkiyədə xəstəxanaların birində parkinson xəstəliyindən əməliyyat olunan azərbaycanlı müharibə qazisi Ramil Ələsgərov həkimləri şoka salıb.
39 yaşlı Ramil Ələsgərov yeriməkdə çətinlik çəkdiyi üçün Türkiyəyə təyyarə ilə gedib.
Lakin Türkiyədə beyin əməliyyatı keçirən azərbaycanlı bu dəfə dost ölkəyə təkbaşına 36 saatlıq yolu avtobusla gedib.
"Qaynar" a24.az-a istinadən xəbər verir ki, azərbaycanlının əməliyyatı “Qaziosmanpaşa” xəstəxanasında həyata keçirilib.
Qeyd edək ki, parkinson xəstəliyindən əziyyət çəkən Ramil Ələsgərov Azərbaycan-Ermənistan döyüşlərində iştirak edib.
Qaynar.Az