Xəbər lenti

“Qarabağ” Türkiyədə mükafat qazandı (VİDEO)
İdman06:01 05.04.2018

“Qarabağ” Türkiyədə mükafat qazandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin məşhur media orqanlarından "Milliyet” qəzetinin "İlin idman mükafatları-2017” tədbiri keçirilib. 
Qaynarinfo xəbər verir ki, "İlin komandası" mükafatına namizədlər arasında "Qarabağ"ın da adı olub. Lakin bu nominasiyada ilk yerə "Fənərbaxça”nın basketbol komandası layiq görülüb. "Qarabağ" isə "Jüri" xüsusi mükafatı ilə təltif edilib. Mükafatı klubun vitse-prezidenti Tahir Gözələ Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku təqdim edib.
Qeyd edək ki, "Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl, klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov da tədbirdə iştirak ediblər.