Xəbər lenti

Qarabağ yolunda ağır qəzalar: 16 erməni yaralandı, 1-i hərbçidir
Dünya19:25 03.01.2019

Qarabağ yolunda ağır qəzalar: 16 erməni yaralandı, 1-i hərbçidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Geqarkunski vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, hadisə İrəvandan işğal altındakı Azərbaycan ərazilərinə çəkilən yolun, İrəvan-Xocavənd magistralının 28-ci km-liyində baş verib. Bu gün saat 15 radələrində baş verən qəzada "Mersedes” və "Nissan” toqquşub. Nəticədə 9 nəfər xəsarət alıb, onlardan 4-ü uşaqdır. Yaralılar tibb məntəqəsinə yerləşdirilib.
Qeyd edək ki, ötən gecəyarısı Kəlbəcər yolunda da ağır qəza baş verib. Nəticədə Ermənistan Müdafiə Nazirliyinin hissə komandirinin mavini, İrəvandan olan Tatul Sərkisyan və daha 6 nəfər yaralanıb.