
ABŞ beynəlxalq inkişaf agentliyi (USAID) Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsini minalardan təmizləmək üçün maliyyə dəstəyi verib.
Anspress-in məlumatına görə, USAID-ın Ermənistan ofisinin direktoru Karen Hilliard “Qarabağ: müharibə kabusunun yanında dinc həyat” filmində bildirib ki, onların dəstəyi ilə 2000-ci ildən bu yana 251 tarla minalardan təmizlənib və bunun nəticəsində 27 min hekatrda kənd təsərrüfatı işləri görmək mümkündür.
Atəşkəs elan edildikdən sonra hər il 35-40 adam minaya düşürdü və 1995-ci ildən 345-ə qədər adam həyatını itirib. Hazırda ildə 5-ə qədər adam ölür. Layihə 125 minə yaxın adamı əhatə edir.
Karen Hilliard bildirib ki, 5 milyon dollar xərclənmiş layihə 2016-cı ilə başa çatacaq.
Qaynar.info