Xəbər lenti

Qarabağda daha 12 PKK/YPG terrorçusu məhv edildi (VİDEO)
Ölkə07:00 05.11.2020

Qarabağda daha 12 PKK/YPG terrorçusu məhv edildi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağda Ermənistan ordusu tərəfində döyüşən PKK/YPG terrorçuları arasında itkilər davam edir.
Qaynarinfo ordu.az-a istinadən xəbər verir ki, son sutka ərzində aparılan əməliyyatlarda 12 PKK/YPG terrorçusu məhv edilib.
Terrorçular əsasən Xocavənd istiqamətində aparılan əməliyyatlar zamanı məhv edilib. Məlumata görə, terrorçulardan 1-i özünü partladıb.
Xatırladaq ki, bununla Qarabağda məhv edilmiş PKK/YPG terrorçularının sayı 22-yə çatıb.