Xəbər lenti

Qarabağda döyüşlər: Erməni generalının qardaşı yaralanıb
Ölkə06:12 10.05.2016

Qarabağda döyüşlər: Erməni generalının qardaşı yaralanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 9-da Erebuni tibb mərkəzinə Ermənistan Milli Məclisinin deputatı, general Seyran Saroyanın qardaşı Artur Saroyan yerləşdirilib. Oxu.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 
Onların məlumatına görə, 32 yaşlı Saroyan işğal edilmiş Dağlıq Qarabağa aprelin 3-də yola düşüb və Kəlbəcər rayonu ərazisində Ömər aşırımında olub. 
Qarın nahiyəsindən yara alan Saroyan intensiv terapiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Qeyd edək ki, erməni generalı Seyran Saroyan (fotoda -red.) Qarabağda müharibə zamanı hərbi əsirlərə və regionun azərbaycanlı dinc əhalisinə qarşı xüsusi amansızlığı ilə seçilib. 
Qaynarinfo.az