Xəbər lenti

Qarabağda erməni zabiti ÖLDÜRÜLDÜ
Ölkə06:33 03.10.2014

Qarabağda erməni zabiti ÖLDÜRÜLDÜ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Öldürülən erməni hərbçisi başından aldığı güllə yarasından elə yerindəcə keçinib.

Hafta.az-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, dünən Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində erməni zabiti məhv edilib.

Onun səngərdə başından aldığı güllə yarasından  öldüyü vurğulanıb. Erməni mənbəsinin bildirdiyinə görə, hadisə dünən gecə saatlarında baş verib. Öldürülən işğalçı ordusunun zabitinin adı da məlum olub. O, 1986-cı il təvəllüdlü Davit Viktor oğlu Navasardyandır. Yayılan məlumatda bildirir ki, hadisə ehtiyatsızlıqdan baş verib və hətta Ermənistan konsitusiyasının 104.2 maddəsinə görə faktla bağlı “cinayət işi” açılıb. 

Qaynar.info