
BQXK-nın İrəvandakı nümayəndə heyətinin rəhbəri itkin düşənlərin bioloji göstəricilər bazası yaradıldığını deyib
Qarabağ müharibəsində itkin düşənlər siyahısına daha 4 min adam daxil edilib. ANS PRESS “NEWS.am”a istinadən bildirir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvandakı nümayəndə heyətinin başçısı Sara Epreht bildirib.
"Biz itkin düşənlərin ailələri ilə fəal şəkildə çalışırıq. Bu istiqamətdəki proqramlara psixo-sosial yardım daxildir, yəni hüquqi problemlər, sağlamlıqla bağlı məsələlər, həmçinin ictimai problemlər əhatə edilir”,- deyə o bildirib.
Ebrehtin sözlərinə görə, hazırda itkin düşənlərin bioloji göstəricilər bazası yaradılır.
Qaynar.info