Cəbhə xəttində “rus izi”; Azərbaycanın Moskvanın təsir zonasında qalması üçün çoxtərəfli və riskli geosiyasi oyuna start verildiyi iddia olunur; müharibə imitasiyası fonunda 1-2 rayonumuzun azad edilməsi daha çox kimin marağındadır; uzun fasilədən sonra prezidentləri məhz Rusiyada bir araya gətirmək istəyi təsadüfdürmü?.. “Cəbhə xəttində vəziyyəti öz satelliti Ermənistanın əli ilə qəfil gərginləşdirməklə Moskva sanki Vaşinqtona, Brüsselə və eyni zamanda Bakıya xatırladır ki, o, hələ ki, regionda sanballı təsir vasitələrinə malikdir və münaqişəli situasiyanı özünün sərt nəzarətində saxlayır”
1994-cü ilin may atəşkəsindən sonra bütün cəbhə xətti boyu vəziyyətin bunca geniş miqyaslı və amansız xarakterli kəskinləşməsi olmamışdı. Bu da öz növbəsində yeni Qarabağ müharibəsini başlanmasının mümkünlüyü haqda danışmağa əsaslar yaradır.
Son bir neçə gündə gedən döyüşlərlə bağlı hər iki tərəfdən çoxlusayda həlak olanlar və yaralananlar, vurulan hərbi texnika, habeləqoşunların yerdəyişməsi və aviasiya uçuşları ilə ilgili ziddiyyətlirəqəmlər səslənir. Erməni tərəfi israrla öz itkilərinin və yaralılarınınsayını gizlədir. Ancaq Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarına,bəzi başqa informasiyalara əsasən demək olar ki, düşmən bu müddətdə dahaböyük itkilərə məruz qalıb.
Cəbhədəki situasiyanın ciddiliyini həm də müdafiə naziri ZakirHəsənovun Türkiyədə öz məzuniyyətini yarımçıq qoyaraq tələsikAzərbaycana qayıtması və birbaşa döyüş əməliyyatları bölgəsinə getməsi,orada təcili hərbi şura çağırması sübut edir. Məhz bundan sonraAzərbaycan ordusu havaya qırıcı təyyarələri qaldırıb, əməliyyat zonasınaəlavə hərbi texnika, artilleriya yeridilib və erməni mövqeləri güclüminomyot və raket atəşinə məruz qoyulub.
Yaranmış durumun Azərbaycan və Ermənistan tərəfindən fərqliinformativ təqdimatından asılı olmayaraq, hadisələrin bu cür inkişafıdöyüş əməliyyatları xronikasını xatırladır. Artıq dörd gündür təmasxəttində güclü döyüşlər gedir, qanlar tökülür, vəziyyət yüksələn xətləgərginləşir, “hərbi əzələlər” şişirdilir. Son illər yalnız iki dəfətəxminən belə vəziyyət qeydə alınıb. Lakin onların heç biri miqyas vəyeni müharibənin başlama riskləri etibarilə indiki ölçüdə olmayıb.
Onlardan biri 2012-ci ilin iyununda ABŞ-ın sabiq dövlət katibiHillari Klinton Güney Qafqaza səfər edəndə və Parisdə Azərbaycan vəErmənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində yaşanıb. İkincidəfə də bu ilin yanvarında - yenə Parisdə prezidentlərin görüşünühazırlamaq üçün bir araya gələcək xarici işlər nazirlərinin görüşüərəfəsində eyni gərgin situasiya yaranıb.
Bu mənada vəziyyətin əvvəlkilər kimi növbəti dəfə təsadüfdən vəspontan dəyişməsinə, demək olar, heç kim inanmır. Bütün ekspertlər oqənaətdədir ki, real müharibə əməliyyatları üçün katalizator ola biləcəkindiki eskalasiya müəyyən qüvvələr tərəfindən məqsədli şəkildəkörüklənib. Sual yalnız belədir ki, kim və hansı məqsədlə buna can atır?
Əgər bütün mümkün versiyalara baş vurmalı olsaq, o zaman etirafedilməlidir ki, vəziyyəti gərginləşdirmək üçün müəyyən siyasi vəsituativ-konyuktur motivlər həm münaqişə tərəflərinə (Azərbaycan vəErmənistan), həm də regionun əsas oyunçularına (Rusiya və ABŞ) xas olabilər. Bununla belə, dünyadakı, postsovet məkanındakı və Cənub Qafqazregionundakı durumun ümumi inkişafının hərtərəfli analizi əsasən birversiyaya - “rus izi”nə (“Moskvanın əli”nə) aparır.

Hazırkı gərginləşmənin əsas baiskarının Azərbaycan və ya Ermənistanolmasından asılı olaraq “rus izi” versiyası ikili “konyuktur” ifadəşəklində təzahür edə bilər. Əgər gərginləşmə bizim Müdafiə Nazirliyininiddia elədiyi kimi, Ermənistandan gəlirsə, o zaman qəti şübhə yoxdur ki,İrəvanın çiyinləri arxasından açıq şəkildə Moskva boylanır. Məsələondadır ki, Ermənistanın özündən ötrü status-kvonu dəyişmək məntiqigörünmür və təhlükəlidir. Ancaq nəzərə alanda ki, o, öz müstəqilliyinitamamilə itirib, aydın olar ki, düşmən tərəfdən istənilən təcavüzkarhərəkət xaricdən körüklənir.
Bu versiya kontekstində qeyd eləmək lazım gəlir ki, RusiyaUkraynadakı situasiyanın onun üçün xoşagəlməz şəkildə inkişafından,Qərbin Putinin neo-imperiya planlarını cilovlamaq üçün göstərdiyisanksiya səylərindən və Azərbaycanın Gömrük və Avrasiya ittifaqlarınaüzvlüyü məsələsində sözəbaxmazlığından açıq-aşkar qıcıqlanıb. Cəbhəxəttində vəziyyəti öz satelliti Ermənistanın əli ilə qəfilgərginləşdirməklə Moskva sanki Vaşinqtona, Brüsselə və eyni zamandaBakıya xatırladır ki, o, hələ ki, regionda sanballı təsir vasitələrinəmalikdir və münaqişəli situasiyanı özünün sərt nəzarətində saxlayır.Üstəlik, hətta rusiyalı ekspertlərin də qeyd elədikləri kimi, özününimperiya kursunun girovu olan və Qərbin sanksiyaları ilə küncəsıxışdırılan Putin hazırda dayanmaq iqtidarında deyil və az qala, bütünpostsovet məkanını xaos və müharibə girdabına qərq eləmək imkanındadır.

Belə bir versiya kifayət qədər əsaslı təəssürat bağışlayır. Həm də osəbəbə ki, Rusiya Cənubi Qafqaz ölkələrinin müstəqil olduğu bu 20 ildəbölgənin bütün problemli hadisələrində “Moskvanın əli”nin görünməsi üçünyetərli tutarqalar və ipucuları verib. Şübhə yox ki, bu iz indiki haldada mövcuddur - ərz elədik ki, Ermənistanın arxasından hələ dəAzərbaycana təzyiq edən Moskva boylanır.
Belə bir əsas versiyanı şübhə altına almadan yenə Moskvamotivasiyası ilə bağlı olan, lakin əsas versiyaya diametral əks olanbaşqa bir versiyadan da danışmaq lazım gəlir. Təsəvvür eləsək ki, budəfə situasiyanın gərginləşməsi Bakı ilə bağlıdır, onda məntiqi sualyaranır: hansı məqsədlə və hansı hədəfə görə?
Tam mümkündür ki, Putinin emissarları ilə (Narışkin, Roqozin,Lavrov və s.) çoxsaylı və konfidensial iyun görüşlərindən sonra, - bugörüşlərdə Kreml birmənalı şəkildə Bakının Qərbdən məsafə saxlamasına,Gömrük və Avrasiya ittifaqlarına doğru hərəkət etməsinə nail olmağaçalışırdı, - Azərbaycan üçün real pozitivlər (uduşlar) darazılaşdırılıb. Madam ki, Qarabağ, işğal altındakı ərazilər Bakıdan ötrübaşlıca problemdir və məhz bu problemə görə hansısa geosiyasigüzəştlərə gedilə bilər, o zaman tamamilə realdır ki, İrəvanı hərbiməcburetmə yolu ilə güzəştlərə sövq eləmək və ya bu hədəfə çatmaqdanötrü “mini müharibə” aparmaq üçün Moskva Bakıya məhdud və müvəqqəti birkart-blanş verib.
Hərgah, dərhal digər məntiqli sual yaranır ki, əgər İrəvanMoskvanın əlində sözəbaxan silahdırsa, o zaman müharibə imitasiyası iləbu cür mürəkkəb kombinasiyadansa niyə də ona müvafiq göstərişverilməsin? İzah sadədir: həm Moskvaya, həm də İrəvana belə biranlaşmanı bir-birinin imic və reputasiyasına birbaşa zərbə vurmadan,həmçinin, başqa iki həmsədr ölkənin maraqlarının ifadə olunduğu MinskQrupunun əngəllərini məharətlə aşaraq real hərbi proses kimi kamifulyajeləmək sərfəlidir. Söz düşmüşkən, belə “güc forması” işğal altındakıərazilər problemini hətta qismən həll eləsə də, xeyli dərəcədə Bakınınmaraqlarına cavab verir.

Rəsmi Bakının nəzərincə, indi Ermənistana münasibətdə hansısarazılaşdırılmış və doğruya bənzər “güc variantı”nın reallaşması üçünmünbit şərait yaranıb: birincisi, Rusiyanın diqqəti güclü şəkildəUkrayna işlərinə və Qərblə mübarizəyə yönəlib: ikincisi isə, ErmənistanGömrük İttifaqına qoşulduqdan sonra Qərb dünyasının gözündən geosiyasibaxımdan düşüb. Üstəgəl, Ermənistan sülh prosesində həddən artıqdayanıqsız mövqe sərgiləyir. Bunu prezidentlərin son Vyana görüşünə vəUorlikin təkliflərinə erməni tərəfinin reaksiyası da təsdiqləyib. Rəsmiİrəvan həmçinin, Türkiyənin heç olmasa, bircə rayonun boşaldılmasıqarşılığında sərhədlərin açılması, əlaqələrin bərpası ilə bağlıtəklifini rədd edib.
Üçüncüsü, son zamanlar Azərbaycanın diplomatik, hərbi-siyasi,maliyyə və geosiyasi imkanları hiss ediləcək dərəcədə artıb. Bu günistər çoxsaylı energetik və tranzit problemlərin həlli kontekstində,istərsə də Qərb-Rusiya kəskin geosiyasi qarşıdurmasında mühüm fiqurantqismində Azərbaycana hələ ki, güclü şəkildə tələbat var.
Görünür, bu imkanları ciddiyə alan rəsmi Bakı müvafiq güzəştlərtələb eləməyə haqqı çatdığını düşünür. Söhbət “demokratik pressinq”inzəiflədilməsi və Ermənistanı güzəştlərə sövq eləmək üçün ona “hərbipressinq” etmək kontekstində güzəştlərdən gedir. İstisna deyil ki, həriki məsələdə Bakı müəyyən xarici dəstəyi alıb. Ancaq uzun müddətəmi? Vəbütün sonuclar ciddiyə alınıbmı?
Şübhəsiz, Azərbaycanın müharibə eləmək, problemi güc yolu ilə həlleləmək hüququ var. Və yenə şübhəsiz ki, Azərbaycan bütün dincvasitələrin tükənəcəyi təqdirdə bu hüquqdan istifadə edə bilər vəetməlidir. Fəqət, bu zaman başlıcası odur ki, bütün risklər və nəticələrhesablansın, götür-qoy edilsin və uğurumuz suverenliyimiz hesabınaolmasın.
P.S. Yazı hazırlanarkən məlumat gəldi ki, avqustun 8-dəSoçidə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olacaq.Bəllidir ki, belə bir görüşün baş tutması üçün az öncə Fransa fəalşəkildə çalışıb. Görünür, prezident Ollandın təklifi fiasko olandansonra təşəbbüsü yenidən Moskva ələ keçirib. Bu xüsusda, yəni gözlənilənSoçi görüşü kontekstində cəbhədə vəziyyətin qəfil kəskinləşməsi dahaböyük siyasi anlam qazanmış olur və “Rusiya izi” haqda ehtimal güclənir.Son sual budur ki, Moskva real təhdidlə və ya müharibə imitasiyası iləkompromislərə kimi məcbur edəcək - Bakını, yoxsa İrəvanı? //musavat.com
Qaynar.info