Xəbər lenti

"Qarabağ"dan Kiprdə möhtəşəm qələbə
İdman21:22 30.09.2021

"Qarabağ"dan Kiprdə möhtəşəm qələbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" Konfrans Liqasının qrup mərhələsi çərçivəsində növbəti matçını keçirib.
 
Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi Kiprdə "Omoniya"nın qonağı olub. Qarşılaşmanın birinci hissəsi rəqibin 1:0 üstünlüyü ilə bitib. Ancaq matçın ikinci hissəsində GSP Stadionunda "Qarabağ" "fırtınası" əsib. Belə ki, təmsilçimiz ikinci 45 dəqiqədə 4 qol vurmaqla qarşılaşmanı qələbə ilə bitirib - 4:1. Qurban Qurbanovun komandasından qolları Kadi Borges (52, 90+4), Ramil Şeydayev (73) və Maksim Medvedev (79-p.) fərqlənib. Meydan sahiblərinin yeganə qolunu isə 40-cı dəqiqədə Lesyaks vurub.
Bu qələbədən sonra "Qarabağ" 4 xalla qrup liderliyini ələ keçirib.
Qrupun digər matçında isə İsveçrə "Bazel"i doğma meydanda Qazaxıstan təmsilçisi "Kayrat"la qarşılaşıb və 4:2 hesablı qələbəyə sevinib.
Səbuhi Həsənov