Xəbər lenti

İdman 12:14 10.07.2026

"Qarabağ" açıqladı: Kamilo Duran rəsmən "Seltik"də

"Qarabağ" futbolçu Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın "Seltik" klubunun təklifini kolumbiyalı hücumçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

2025-ci ilin yayından "Qarabağ"ın formasını geyinən cənubi amerikalı futbolçu komandanın heyətində 45 oyunda 15 qol vurub. O, "Qarabağ"la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.

"Qarabağ" keçidin maliyyə tərəflərini açıqlamayıb. Lakin bundan əvvəl "Şotlandiyanın The Herald" nəşri yazıb ki, "Seltik" kolumbiyalı futbolçunun keçidi üçün "Qarabağ"a 5,5 milyon funt-sterlinq (6,4 milyon avro - 12,5 milyon manat) ödəyəcək.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->