XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu
İdman20:35 25.08.2026

“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu

2026/27 mövsümündə UEFA Konfrans Liqasının Liqa mərhələsinə düşməyi və Azərbaycan çempionu olmağı hədəfləyən "Qarabağ" daha iki futbolçu almağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu haqda “qol.az”a etibarlı mənbələrdən xəbər daxil olub.

Məlum olduğu kimi, Ağdam təmsilçisi bu yay transfer pəncərəsi dövründə 8 legioner futbolçu alıb. Lakin mövsümün gedişatında daha bir neçə oyunçunun transferi zərurəti yaranıb.

Xəbərə görə, danışıqlar aparılan ən azı iki oyunçunun alınması ilə bağlı prinsipial razılıq əldə edilib. Onların hər ikisi legionerdir.

Düzdür, hələlik həmin futbolçuların kimliyi və mövqeyi açıqlanmır. Buna səbəb kimi isə razılaşmanın son anda pozulmaması göstərilir. Buna baxmayaraq, transferin bu həftə ərzində rəsmiləşəcəyi gözlənilir.