İdman 20:36 18.03.2024

"Qarabağ" darmadağınla başladı

"Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.

Aut.az xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu "köhlən atlar” Minskdə təşkil olunan "Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiya "Lavina”sı ilə görüşüb. C qrupunda yer alan "Qarabağ” bu qarşılaşmada rəqibini darmadağın edib – 6:0.

2-ci dəqiqədə Əhəd Hacızadə hesabı açıb.Oyunun 4 və 6-cı dəqiqələrində Daniil Rəcəbov, 8-ci dəqiqədə Vaqif Nəbiyev, 20-ci dəqiqədə Seyid Zalov, 39-cu dəqiqədə Murad İsmayılov qol vurub.

Qeyd edək ki, təmsilçimiz qrupdakı digər iki matçını sabah keçirəcək. "Qarabağ” öncə "Rotor”la, ardınca BATE ilə qarşılaşacaq.