Xəbər lenti

“Qarabağ”
İdman 16:17 15.02.2023

“Qarabağ” "Gent"lə qarşılaşmaya nə qədər hazırdır? - Sabiq futbolçu

"Qarabağ” UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində "Gent”lə qarşılaşacaq. Ağdam klubu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça hazırlıqalrını davam etdirir. Bəs komanda bu qarşılşamaya nə dərəcədə hazırdır və hansı nəticə inandırıcıdır?

Komandanın sabiq futbolçusu Elmir Xankişiyev Qaynarinfo-ya açıqlamasında "Qarabağ”ın Belçika təmsilçisi ilə görüşöncəsi fikirlərini bildirib. Mütəxəssis "Qarabağ”n daha çox şansı olduğunu söyləyib:

"Qarabağ” qış fasiləsindən əvvəlki formasından bir az uzaqdır. Fasilədən əvvəl daha yaxşı vəziyyətdə idilər. Düzdür, yavaş-yavaş əvvəlki formasını bərpa edir, amma tam həminki səviyyəyə çatmayıb. Doğma divarlar arasında yəqin ki, əllərindən gələni edəcəklər. "Gent”in oyununu görməmişəm, yalandan nəsə deyə bilmərəm. Amma Avropada Belçikanın tanınmış, öz ənənəsi olan klublarından biridir. Yenə də "Qarabağ”ın qələbə qazanacağını düşünürəm”.

Mütəxəssis komandanın yeni transferləri haqda da fikirlərini bölüşüb:

"Onların "Qarabağ”a gec qoşulması pis oldu. Hələ uyğunlaşma dövrünü keçməyiblər. Bu bir qədər vaxt aparacaq. Transferləri bir qədər tez həyata keçirsəydilər, daha yaxşı olardı. Deməli, qismət belə imiş. Gec də olsa transferlər ediblər, əsas odur uğurlu alınsın. Sadəcə, onlara vaxt lazımdır. Kadinin getməsi "Qarabağ” üçün çox böyük boşluq yaradıb. Onun yerini hələ ki, dolduran tapılmır. Yəqin ki, vaxt keçdikcə onun da yerini dolduracaqlar. Həm "Qarabağ”, həm də "Gent” yəqin ki, bir-birilərini analiz ediblər. Boşluqları müəyyənləşdiriblər. Məncə, doğma divarlara, azarkeşlərə görə "Qarabağ”ın üstünüyü var”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->