Xəbər lenti

İdman 10:45 09.11.2022

"Qarabağ"ın Belçika klubu ilə oyunlarının vaxtı bilindi

UEFA Konfrans Liqasının pley-off mərhələsində baş tutacaq "Qarabağ"ın "Gent"lə (Belçika) oyunlarının başlama saatı müəyyənləşib.

Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2023-cü il fevralın 16-da Bakıda gerçəkləşəcək ilk qarşılaşma saat 21:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Fevralın 13-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

"Qarabağ" Avropa Liqasında yer aldığı G qrupunu 3-cü pillədə başa vurduğu üçün Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->