Olavio Juninyonu 5 milyon avro qarşılığında "Flamenqo"ya satan "Qarabağ" daha bir futbolçusunu itirə bilər.
	
Oxu.Az xəbər verir ki, söhbət Elvin Cəfərquliyevdən gedir.
	
 
Belə ki, Macarıstanın "Ferentsvaroş" klubu "Qarabağ"ın müdafiəçisi üçün təklif göndərib.
	
2023-cü ilin yayında Kvabena Ovusunu "Qarabağ"dan transfer etmiş "Ferentsvaroş" bu dəfə millimizin müdafiəçisinin xidmətində maraqlı olduğunu bildirib.
	
	
             
            
Şərhlər