Xəbər lenti

İdman 11:36 25.10.2023

"Qarabağ"ın futbolçusuna Liqa 1 və ərəb klubundan təklif

"Qarabağ"ın futbolçusu Abdullah Zubir komandanı tərk edə bilər.
 
Qaynarinfo-nun məlumatına görə, bu barədə "Lequipe" nəşri məlumat yayıb. Ancaq 32 yaşlı futbolçu ilə maraqlanan Liqa 1 təmsilçsinin adı hələ açıqlanmayıb. Bundan əlavə Zubiri transfer etmək istəyən klublar arasında Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Riyad" da var. 
 
2018-ci ildən "köhlən atlar"ın formasını geyinən Zubirin hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
 
Peşəkar karyerasına Fransa klubu "Qrenobl"da başlayan futbolçu ölkəsində "İstr" və "Lans" kimi komandaların da formasını geyinib.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->