İdman 18:17 12.08.2022

"Qarabağ"ın oyunu təxirə salındı, "Kəpəz" Qəbələni seçdi

Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb

Misli Premyer Liqasında III turun oyun cədvəli məlum olub.

Qaynarinfo PFL-in saytına istinadən xəbər verir ki, turun bütün görüşləri "CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Gəncə şəhər stadionu Premyer Liqa oyunlarını keçirməyə hazır olmadığına görə "Kəpəz” növbəti məlumata qədər ev görüşlərini Qəbələ şəhər stadionunda keçirəcək.

"Qarabağ”ın müraciəti, "Turan Tovuz”un razılıq məktubuna əsasən, bu komandalar arasındakı oyun isə təxirə salınıb. Buna səbəb "Qarabağ”ın Çempionlar Liqasının pley-of mərhələsindəki oyunlara hazırlaşmasıdır.

Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.

19 avqust
16:30 "Şamaxı” – "Səbail”
Şamaxı şəhər stadionu

20 avqust
20:30 "Sabah” – "Neftçi”
"Bank Respublika Arena”

21 avqust
18:00 "Kəpəz” – "Qəbələ”
Qəbələ şəhər stadionu

20:30 "Zirə” – "Sumqayıt”
"Dalğa Arena”