İdman 10:17 06.08.2022

"Qarabağ" Mahmud Qurbanovun komandasına qarşı

Bu gün Azərbaycan Premyer Liqasında ilk turun növbəti oyunu keçiriləcək.

Qaynarinfo xəbər verir ki, son çempion "Qarabağ" "Azersun Arena"da "Səbail"i qəbul edəcək. FIFA referisi Rauf Cabbarovun idarə edəcəyi qarşılaşma saat 20:00-da başlayacaq. 

"Səbail" isə yeni baş məşqçisi Mahmud Qurbanovun rəhbərliyi altında ilk rəsmi matçına çıxacaq.

Komandalar indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəliblər. Bunların 15-də ağdamlılar, ikisində paytaxt təmsilçi qələbə qazanıb. 2 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 38:7.

Qurban Qurbanovun komandası son 6 ev oyununda qələbə qazanıb. Son 4 oyunda üç və ya daha çox qol vurulub.

Azərbaycan Premyer Liqası

I tur

6 avqust

20:00. "Qarabağ” – "Səbail”
 
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
VAR hakimləri: Fərid Hacıyev, Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev
"Azersun Arena”.

Mövsümün açılış oyununda "Zirə" "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək "Şamaxı" - "Neftçi", "Sabah" - "Sumqayıt" və avqustun 8-də oynanılacaq "Turan Tovuz" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.
 
Səbuhi Həsənov