Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da cavab matçında çıxacaq.
Bakıda Sloveniya "Olimpiya" ilə qarşılaşacaq Qurban Qurbanovun komandası oyuna hazırdır. Ağdam klubunun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, artıq hazırlıqlar başa çatıb.
Lakin "Qarabağ" meydana itkilərlə çıxacaq. Belə ki, Bədavi Hüseynov, Marko Veşoviç və Patrik Andrade zədə səbəbi ilə görüşü kənardan izləyəcəklər.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiya" görüşü saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda ağdamlılar 2:0 hesabı ilə qələbə qazanıb.
Röya