Avroliqanın pley-offunda "Olimpiya" ilə hər iki matçın nəticəsinə görə qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ”ın yer alacağı səbət müəyənləşib.
Qaynarinfo-nun məlumatına görə, Azərbaycan çempionu püşkatma zamanı ikinci səbətdə olacaq.
Bu isə o anlama gəlir ki, Ağdam təmsilçisi qrup mərhələsində "Sportinq” (Portuqaliya), "Slaviya” (Çexiya), "Renn”, "Marsel” (hər ikisi Fransa), "Olimpiakos” (Yunanıstan), "Betis” (İspaniya) və LASK-a (Avstriya) rəqib olmayacaq.
Bu gün Fransanın Monako şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Avropa Liqası, qrup mərhələsi
I səbət
"Vest Hem” (İngiltərə)
"Liverpul” (İngiltərə)
"Roma” (İtaliya)
"Ayaks” (Niderland)
"Vilyarreal” (İspaniya)
"Bayer 04” (Almaniya)
"Atalanta” (İtaliya)
"Reyncers” (Şotlandiya)
II səbət
"Sportinq” (Portuqaliya)
"Slaviya” (Çexiya)
"Renn” (Fransa)
"Olimpiakos” (Yunanıstan)
"Betis” (İspaniya)
LASK (Avstriya)
"Marsel” (Fransa)
"Qarabağ” (Azərbaycan)
III səbət
"Molde” (Norveç)
"Brayton” (İngiltərə)
"Şerif” (Moldova)
"Union” (Belçika)
"Frayburq” (Almaniya)
"Sparta” (Çexiya)
"Makkabi” (Hayfa, İsrail)
"Şturm” (Avstriya)
IV səbət
"Tuluza” (Fransa)
AEK (Yunanıstan)
"Baçka Topola” (Serbiya)
"Servett” (İsveçrə)
"Panatinaikos” (Yunanıstan)
"Rakuv” (Polşa)
"Aris” (Kipr)
"Haken” (İsveç)
Səbuhi Həsənov