Xəbər lenti

Qarabağda “Təhlükəsiz şəhər” xidməti olacaq
Ölkə15:45 16.11.2022

Qarabağda “Təhlükəsiz şəhər” xidməti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2023-2025-ci illərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "Təhlükəsiz şəhər” xidmətinin təşkil edilməsi nəzərdə tutulur.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənədə əsasən, yeni xidməti Daxili İşlər Nazirliyi göstərəcək. Xidmətin təşkilinə dair təkliflər hazırlanması, müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır.