Xəbər lenti

““Qarabağ”ı 20 min azarkeş izləyəcək”
İdman08:08 21.07.2014

““Qarabağ”ı 20 min azarkeş izləyəcək”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah keçiriləcək “Qarabağ”-“Valetta” oyununa satılan biletlərin sayı məlum olub. 

Tofiq Bəhramov adına Stadionun direktoru Akif İsmayılov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, dünən axşama kimi 6 mindən çox bilet satılıb: "Satış bir neçə gün əvvəl başlayıb. Düşünürəm ki, 6 min yaxşı göstəricidir. Adətən bizim azarkeşlər bileti oyun günü alırlar. Fikrimcə, sabah stadionda 20 min azarkeş olacaq".

Direktor qeyd edib ki, biletlərin qiyməti 1-2 manat arasında dəyişir: "Stadionun iki sektorunda biletlərin qiyməti 2 manatdır. Qalan bütün yerlərin bileti 1 manatdır".  

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında II təsnifat mərhələsində Maltanın “Valetta” klubu ilə sabah  saat 21:30-da qarşılaşacaq. 

Komandaların ilk qaşılaşması “Qarabağ”ın 1-0 hesablı qələbəsi ilə başa çatmışd

Qaynar.info