Xəbər lenti

"Qarabağ"ın futbolçusundan çağırış: "Bu işə laqeyd yanaşmayaq"
İdman21:24 20.04.2022

"Qarabağ"ın futbolçusundan çağırış: "Bu işə laqeyd yanaşmayaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ona "ağ ölüm” deyirlər. Minlərlə insanın taleyini qaraya boyayan narkotiklərə qarşı mübarizə hər birimizin məsuliyyətidir".
Qaynarinfo xəbər verri ki, bu fikirləri "Qarabağ"ın və yığmamızın futbolçusu Qara Qarayev bildirib. O, şəxsi feysbuk səhifəsində verdiyi açıqlamada hər kəsi narkomaniyaya qarşı mübarizəyə səsləyib:
"Çünki birgə səy göstərməsək, bu bəla hər kəsin qapısını döyə bilər. Düşüncəli, ayıq, savadlı cavanlar artdıqca, narkotiklərdə təsəlli və "xilas” axtaranların sayı azalar. Gəlin, gələcəyimizi birlikdə düşünək… Bunun üçün cəmiyyətimizin hər bir üzvünü narkomaniya bəlasına qarşı mübarizəyə səsləyirəm. Bu mübarizədə fəal olaq, sağlam, işıqlı gələcək naminə bu işə laqeyd yanaşmayaq. 
Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Gənclər və İdman Nazirliyinin müştərək layihəsində iştirak etməkdən qürur duydum. Əminəm ki, Lənkəranda keçirilən  maraqlı, maarifləndirici təlimlər, idman yarışları sağlam həyat tərzinin təbliğatı işinə öz töhfəsini verəcək.  Bu hərəkata dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm".
Səbuhi Həsənov