"Qarabağ"ın futbolçusu Toral Bayramovun durumuna aydınlıq gəlib.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın 19-cu turunda keçirlimiş "Sabah” – "Qarabağ” görüşünün 26-cı dəqiqəsində zədələnərək meydanı tərk etmiş futbolçunun bu gün aparılmış MRT müayinəsindən sonra əzələ toxumalarında xəsarət olduğu aşkarlanıb. Müayinəyə əsasən, zədənin ciddi olmadığı müəyyənləşib.
Həkimlər Toral Bayramovu Premyer Liqanın 20-ci turunda keçiriləcək "Zirə" ilə oyuna hazır etməyə çalışacaqlar.
Səbuhi Həsənov