Azərbaycan millisinin heyətində zədələnmiş futbolçumuz Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, aparılmış MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsindən sonra futbolçumuzda 1-ci dərəcəli əzələ dartılması aşkarlanıb.
Müayinəyə əsasən, Bədavi Hüseynov 10-14 gün məşqlərdən kənar qalacaq.
Səbuhi Həsənov