Xəbər lenti

Qaradağda 280 min manatlıq qalmaqal: deputata şikayət edildi
Ölkə15:19 13.02.2015

Qaradağda 280 min manatlıq qalmaqal: deputata şikayət edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məcburi köçkünlər problemlərinn həlli üçün İqbal Ağazadəyə üz tutdular.  

Dünən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Qaradağ rayonunda məskunlaşan bir qrup məcburi köçkünü qəbul edib. 

Bu barədə Arqument.Az-a Ümid Partiyasından məlumat verilib. 

Bildirilir ki, məcburi köçkünlər millət vəkilinə problemlərini danışıblar və ondan kömək etməsini xahiş ediblər. Şikayətçilərin dediyinə görə, ərazidə icra hakimiyyətinin nümayəndəsi kimi tanınan Gülnarə Muxtarova artıq bir ildir ki, Qaradağda yaşayan qırxa yaxın ailədən köçkünlər üçün tikiləcək qəsəbədə ev veriləcəyi və ya ərazidə torpaq ayrılacağı adı ilə təxminən 280 min manat məbləğində pul alıb. 

Məsələ isə öz həllin tapmayıb. Bu işdə səlahiyyətli olan hər kəs məsələni öz boynundan atıb. Sonradan aldandıqlarını başa düşən ailələr icra hakimiyyətinə, mediaya və polis idarəsinə üz tutublar. Dörd aya yaxın müddətdə istintaq getdiyi bildirilsə də, hələlik bir nəticə əldə olunmayıb. Çarəsiz qalan ailələr bu dəfə millət vəkilindən və ictimaiyyət arasında tanınmış şəxslərdən kömək istəmək  qərarına gəliblər.  

Şikayətçilərin xahişi ilə görüşdə tanınmış yazar Aysel Əlizadə də iştirak edib. Şikayətləri dinlədikdən sonra millət vəkili problemin həll istiqamətində məcburi köçkünlərə köməklik göstərəcəyini, yazar Aysel Əlizadə isə problemlə bağlı yazı hazırlayaraq mətbuatda işıqlandıracağını bildirib.

“Hesab edirəm ki, hadisədən dövlətin üst qurumları məlumatsızdır. Aysel xanımın məsələni mətbuatda işıqlandırması, mənim isə millət vəkili kimi əlaqədar orqanlara sorğu göndərməyim problemin çözülməsinə kömək ola bilər”, İqbal Ağazadə bildirib.

Qaynar.info