
İngiltərənin paytaxtı Londonda 20 yaşlı qaradərili gəncin polis tərəfindən öldürülməsinə etiraz edən aksiyaçılarla polis arasında ciddi insident yaşanıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərdə bir qrup gəncin müxtəlif cisimlərlə polisə hücum etdikləri görünür. Gəncin tutulub aparıldığı mağazanın yerləşdiyi Kinqslənd küçəsində davam edən aksiyalarda etirazçılar molotov kokteyli ilə hücuma keçib. Hadisədən qaçan vətəndaşlar müxtəlif mağazalara sığınıblar.
Qeyd edək ki, 22 iyul tarixində polis tərəfindən təqib edilən maşından düşüb bir mağazaya girən və orada əlindəki cismi udmağa çalışan Raşan Çarlz adlı gəncə polis işçiləri müdaxilə etmiş, ağzındakını çıxartmağa çalışmış, lakin gəncin vəziyyəti pisləşmişdi. Dərhal xəstəxanaya çatdırılan Çarlz bir saat sonra dünyasını dəyişmişdi.
Gülşən
Qaynarinfo.Az










