Xəbər lenti

Qarda “Niva”yla “avtoş”luq edənlər həbs edildi
Ölkə10:48 11.02.2020

Qarda “Niva”yla “avtoş”luq edənlər həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xızı rayonunda qarda "avtoş”luq edən gənclər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, Xızı RPŞ Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edən gənclər - Bakı şəhər sakinləri, N.Rüstəmov, F.Bağırov və X.Qubadov saxlanılıb. 
Hər üç sürücü idarə etdikləri Rusiya istehsalı olan "Niva” markalı avtomobillərlə Xızı rayonu ərazisində qarlı hava şəraitində təhlükəli manevrlər edərək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün ciddi təhlükə yaradıblar.
Yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də nəqliyyat vasitələrinə konstruksiya dəyişiklikləri edərək idarə edən bu şəxslər barəsində Xızı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və hər üç sürücü Xızı Rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs edilib.
Çəhrayı rəngli Niva paytaxtda "Pantera 094" ləqəbi ilə "avtoş”lar arasında məşhurdur.