Xəbər lenti

Qardaş həbsdəki qardaşına bıçaq keçirmək istədi -Bakıda
Ölkə06:58 15.09.2014

Qardaş həbsdəki qardaşına bıçaq keçirmək istədi -Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəzaçəkmə müəssisəsinə bıçaq keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı Cəzaçəkmə Müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 234.3 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Müşfiq Ədalət oğlu İsayevin yanına qısamüddətli görüşə gəlmiş qardaşı Cavid Ədalət oğlu İsayevin görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əynində olan şalvarın arxa cibindən zavod üsulu ilə hazırlanmış 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qaynar.info