Xəbər lenti

Qaret Beyl rəsmən "Real"da
İdman05:25 02.09.2013

Qaret Beyl rəsmən "Real"da

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Uzun müddətdir adı "Real"la (Madrid) hallanan "Tottenhem"in futbolçusu Qaret Beylin transfer məsələsi həll olunub.

Qol.Az-ın məlumatına görə, bu barədə Madrid klubunun rəsmi saytı xəbər yayıb.

Bildirilir ki, uelsli yarımmüdafiəçi  bu gün yerli vaxtla saat 14:00-da 6 illik rəsmi müqaviləyə qol çəkəcək və futbolçu ictimaiyyətə təqdim olunacaq.

"Real" transfer üçün İngiltərə klubuna 99 milyon təzminat ödəyəcək. Futbolçu özü isə 6 ilə 60 milyon avro qazanacaq.

Qaynar.info