Xəbər lenti

Qarışqalar 65 min dolları yedi
Dünya07:33 08.06.2013

Qarışqalar 65 min dolları yedi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həşaratlar külli miqdarda pulu evində saxlayan qadına əməlli-başlı ziyan vurub.

Qarışqalar çinli qadının var dövlətini yeyiblər. Quandun sakini olan qadının 65 min dollara yaxın (400 min yuan) pulu olub. Anspress-in verdiyi məlumata görə, qadın qarışqaların məhv etdiyi pulu banka aparıb. 

Düzdür bank həşaratların məhv etdiyi pulları yenisi ilə əvəz etsədə, çinlinin var-dövləti nə az nə çox, düz 6 dəfəyə qədər azalıb. Çünbki bank ondan ancaq nisbətən yararlı olan əskinazları qəbul edib. 

Nəticədə onun 400 min əvəzinə 60 min yuan pulu qalıb. 

Qeyd edək ki, anoloji hadisə bir müddət öncə Hindistanda da baş vermişdi. Belə ki, bank əməkdaşı 225 min dollar pulu 3-4 ay yanmayan seyfdə saxlayıb. Bu müddət ərzində o bir dəfədə olsun pullara baxmayıb. Seyfi açanda isə gözlərinə inanmayıb. çünki əksinazların demək ola rki, hamısını həşaratlar yeyərək məhv etmişdilər.

Qaynar.info