Xəbər lenti

Qarşılıqsız sevgi intihara səbəb oldu
Ölkə05:19 12.02.2016

Qarşılıqsız sevgi intihara səbəb oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sevgilisindən imtina cavabı alan qız özünü binadan atıb. 

Musavat.com-un məlumatına görə, hadisə Nərimanov rayonunda baş verib. 19 yaşlı Tamara Abbasova yaşadığı binanın 4-cü mərtəbəsindən  özünü ataraq intihara cəhd edib. Xəstəxanaya çatdırılan  Tamara Abbasovanın həyatını həkimlər xilas edə biliblər. 

İlkin məlumata görə, 19 yaşlı qızın intihar etmək istəməsinə səbəb sevgilisindən ayrılması olub.

Faktla əlaqədar Cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov rayon prokurorluğunda araşdırmalar davam edir.

Qaynar.info