Xəbər lenti

Qatar relsdən çıxdı: ölən və yaralananlar var
Dünya08:06 10.12.2016

Qatar relsdən çıxdı: ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Propan-butan dolu qatar Bolqarıstanın Xitrino yaşayış məntəqəsində qəzaya uğrayib.

Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Yük dolu 26 vaqonun relslərdən çıxması nəticəsində güclü partlayış baş verib. 4 nəfər həlak alıb, azı 20 nəfər yaralanıb.

Güclü partlayış nəticəsində ətrafdakı tikililərdə də dağıntı olub, 12 nəfəri uçqun altından çıxarıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasedicilər və yanğınsondürmə briqadaları işləyir.

Qaynarinfo.Az