Xəbər lenti

Qavardiola: "Mourinyo başqa səviyyəyə yüksəlməyimdə önəmli rol oynadı"
İdman08:03 11.04.2022

Qavardiola: "Mourinyo başqa səviyyəyə yüksəlməyimdə önəmli rol oynadı"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Liverpul"a oyundan əvvəl "Barselona"dakı dönəmlərini xatırlayıb.
Qaynarinfo xəbər verir ki, maraqlı etiraflar edib. İspan məşqçi sabiq klubunda çalışdığı illərdə "Real"ı çalışdırmış Joze Mourinyo ilə rəqabətindən danışıb. Premyer Liqada "Liverpul"la matçdan öncəki mətbuat konfransı keçirən Qvardiola bunları söyləyib: "Etiraf etməliyəm ki, "Barselona” həyatımın bir parçasıdır. Futbolçu vaxtlarımdan, gəncliyimdən də belə olub. "Barselona" ürəyimin klubudur. Üzr istəyirəm, amma belədir. "Barselona" mənim üçün xüsusidir, evimdir. Mənə futbolçu və məşqçi olmaq imkanı verdilər, orada böyümüşəm”.
Qvardiola "Barsa"da yaşadıqlarının bir saniyəsini belə heç nəyə dəyişməyəcəyini deyib: "İdmanda aldığım bütün təlimlər mənə və ailəmə "Barselona"dan miras qalıb. O kluba mənim üçün etdiklərinin əvəzini verə bilmərəm. Orada keçirdiyim inanılmaz 4 illik məşqçilik fəaliyyətimi heç vaxt unutmayacağam. Bu, inanılmaz bir təcrübə idi. Orada yaşadıqlarımın bir saniyəsini də dəyişməzdim”.
Mütəxəssis Mourinyo ilə rəqabətini belə xatırlayıb: "Barselona"ya hər zaman ən yaxşı diləkləri diləyirəm. "Real"da Joze Mourinyo ilə rəqabətimiz çox yaxşı idi. Özüm haqqında çox şey öyrəndim. Bir məşqçi kimi böyüdüm. O, mənim məşqçi kimi başqa səviyyəyə yüksəlməyimdə önəmli rol oynadı".
Səbuhi Həsənov