Xəbər lenti

Qaxda şəlalələr dondu - VİDEO
Ölkə16:05 25.01.2017

Qaxda şəlalələr dondu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İlisu dağlarından axan bir neçə şəlalə buz tutdu.

Qaynarinfo.Az ARB Şəki-yə istinadən xəbər verir ki, onlardan biri də Ramramay şəlaləsidir. Havaların sərt keçməsi səbəbindən Donan şəlalə gözəl bir mənzərə yaradıb. Təqribən 75 metr hündürlükdən axan şəlalənin töküldüyü yerdə böyük buz dağı yaranıb.

Sərt dağların arasındakı şəlalənin donması təbiətin gözəlliyinə əsrarəngiz bir gözəllik qatır. Şəlalənin ətəyində yayda təxminən 15-20 metr radius məsafəyə sərin su səpələnirdisə, indi həmin ərazidə buz dağı əmələ gəlib. Kənd sakinlərinin dediyinə görə, İlisuda 6 ay qış olur və hər il bu vaxtı şəlalə donur. Şəlaləyə gedən yol qış aylarında qarlı olduğu üçün ora getmək heç də asan olmur.

Amma çətinliklərə baxmayaraq, bu gözəl mənzərəni seyr etmək ücün qışda da şəlaləyə gedən turistlər olur. Kənd sakinlərinin dediyinə görə, dağların arasıyla yuxarı getdikcə daha bir neçə şəlaləyə rast gəlmək olur ki, onlar da hazırda donmuş vəziyyətdədir.

 

Qaynarinfo.Az