Xəbər lenti

Qayınanasından Könül Kərimovaya: "Getsin mahnısını oxusun" (FOTOLAR)
Maqazin18:33 23.08.2017

Qayınanasından Könül Kərimovaya: "Getsin mahnısını oxusun" (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış müğənni Könül Kərimova qayınanasından danışıb. "Qaynarinfo" xəbər verir ki, milli.az-a açıqlama verən müğənni qayınanasının həmişə ona dəstək olduğunu bildirib:

"Bir neçə dəfə istəmişəm ki, sənətdən gedim. Yeni ailə həyatı quranda efirə çıxmaq istəmirdim, həvəsdən düşmüşdüm. Evdə ancaq mətbəxdə bişirib-düşürürdüm. Bir də gördüm ki, qayınanam mənim üçün xəbər yollayıb ki, o gəlinə deyin ki, mətbəxin yanından çəkilib, gedib mahnısını oxusun. Onun bu sözü mənə böyük stimul oldu. Başqa qayınana olsaydı, bəlkə də elə deməzdi. O mənim həm xalamdır, həm də qayınanam. Həmişə mənə dəstək olub, məni bütün gəlinlərindən çox istəyib".

Qaynarinfo.Az