
"Bu gün Qaynar.info xəbər portalı 6 yaşını qeyd edir. Saytımız ölkənin ən uzunömürlü və ilk yaranmış internet resurslarından biridir". Bunu Qaynar.info-nun baş redaktoru Şəmşad Ağa deyib.
Onun sözlərinə görə, bu 6 ildə Qaynar.info Azərbaycanın nüfuzlu xəbər mənbələri sırasına daxil ola bilib: "Bu ildən isə qarşımıza yeni hədəflər qoymuş, brendimizi tamamilə yeniləmişik. Bu, oxucuların da böyük dəstəyini qazandı. Hazırda saytımızın günlük izləyicisi 30-40 min, gündəlik səhifələnmə isə 200 mindən çoxdur. Tezliklə saytımızın bir çox fərqli layihələrini də təqdim edəcək".
Qeyd edək ki, Qaynar.info 2007-ci ildən fəaliyyət göstərir. 2013-cü ilin yanvar ayından portala jurnalist Şəmşad Ağa rəhbərlik edir.
Qaynar.info